Aleksandra Mollenhauer: “Azərbaycan üçün tarix yazmaq necə də şərəflidir”

Xəbərlər
17 Aprel 2024 13:14
228
Aleksandra Mollenhauer: “Azərbaycan üçün tarix yazmaq necə də şərəflidir”

“Əgər mən bunu sözlə ifadə edə bilsəydim, belə də edərdim”.

İdman.biz xəbər verir ki, bu fikirlər basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin oyunçusu Aleksandra Mollenhauerə məxsusdur.

Yığmamızın aparıcı basketbolçusu Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirindəki uğuru şərh edib. O, sosial şəbəkə paylaşımında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanılması barədə fikirlərini bölüşüb: “Amma sözlər son 24 saatdakını tam düzgün əks etdirə bilməz. Bu komanda ilə Azərbaycan üçün tarix yazmaq necə də şərəflidir. Allahdan çox razıyam, izzətini bizdən əskik etmədi. Bir məqsəd, bir ehtiras, bir sevgi, bir istək, bir yuxu. Bütün sevgi və dəstək üçün təşəkkürlər. 2024-cü ilin Olimpiya Oyunları, “körpə”.

Qeyd edək ki, millimiz Honkonqdakı turnirdə 1-ci yeri tutmaqla Olimpiadada iştirak edəcək 8 komanda sırasına vəsiqə qazanıb.

İdman.biz