"Sabah" Serbiyada ikinci yoxlama oyunu keçirib

Xəbərlər
11 Sentyabr 2023 14:29
73
"Sabah" Serbiyada ikinci yoxlama oyunu keçirib

FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olan "Sabah" ikinci yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, Bakı təmsilçisi Yüksək Liqada çıxış edən "Radniçki" ilə üz-üzə gəlib.

Gərgin keçən matçda “Sabah” 81:82 hesabı ilə uduzub.

Qeyd edək ki, “Sabah” ilk yoxlama oyununda Serbiyanın digər komandası “Vrsac”a 57:62 hesabı ilə məğlub olub.

İdman.biz