“Neftçi”nin baş məşqçisi bəxtsizlikdən şikayətlənib

Xəbərlər
7 Aprel 2024 18:14
100
“Neftçi”nin baş məşqçisi bəxtsizlikdən şikayətlənib

"Neftçi" basketbol klubu Azərbaycan Basketbol Liqasının XVI turunu məğlubiyyətlə başa vurub.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Anar Sarıyev NTD-İNDİQO-ya 85:94 hesablı məğlubiyyəti şərh edib.

Gənc mütəxəssis bəxtsizlikdən şikayətlənib: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandam haqqında onu deyim ki, uşaqlar çox yaxşı mübarizə apardılar. Onlardan narazı deyiləm. Çox yaxşı oynadıq. Sadəcə, bu gün bir az bəxtimiz gətirmədi və məğlub olduq. İndi qarşıdakı matçları düşünürük. "Xırdalan"la oyunumuz var və yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, mövsümdə 5-ci dəfə uduzan “Neftçi” turnir cədvəlində 4-cüdür.

İdman.biz