Yokiç 3-cü MVP-yə doğru

Xəbərlər
30 Mart 2024 00:21
114
Yokiç 3-cü MVP-yə doğru

Nikola Yokiç NBA-nın mütəzəm çempionatında ən dəyəli oyunçuların (MVP) reytinq cədvəlinə başçılıq edir.

İdman.biz xəbər verir ki, serbiyalı basketbolçu yenilənmiş siyahıda lider mövqeyini qoruyub.

“Denver Naggets”in üzvü Luka Donçiç və Şey Qilges-Aleksandrı qabaqlayır. Yannis Adetokunbo 4-cü pilləyə geriləyib.

Qeyd edək ki, artıq 2 dəfə MVP seçilib. Müntəzəm çempionata 23 gün sona yekun vurulacaq.

1. Nikola Yokiç, “Denver Naggets”
2. Luka Donçiç, “Dallas Maveriks”
3. Şey Qilges-Aleksandr, “Oklohamo Tander”
4. Yannis Adetokunbo, “Miluoki Baks”
5. Ceyson Teytum, “Boston Seltiks”
6. Domantis Sabonis, “Sakramento Kinqs”
7. Kevin Durant, “Finiks Sanz”
8. Devin Buker, “Finiks Sanz”
9. Entoni Devis, “Los-Anceles Leykers”
10. Kavay Leonard, “Los-Anceles Klippers”

İdman.biz