"Neftçi"nin baş məşqçisindən liderlik təəssüratları

Xəbərlər
26 Mart 2024 23:13
107
"Neftçi"nin baş məşqçisindən liderlik təəssüratları

“Qrup mərhələsini məğlubiyyətsiz tamamladıq və qrupu lider kimi başa vurduq”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun baş məşqçisi Anar Sarıyev deyib.

Gənc mütəxəssis Azərbaycan kubokunda "Xəzri" ilə oyunu şərh edib: "Komandanı təbrik edirəm. Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Bizim üçün yarımfinal qabağı yaxşı motivasiya oldu. İnanıram ki, final üçün mübarizədə daha yaxşı əhval-ruhiyyə ilə oyuna çıxacağıq və qələbələrimizi davam etdirəcəyik".

Qeyd edək ki, “Neftçi” turnirin qrup mərhələsinin son oyununda “Xəzri”yə 80:67 hesabı ilə qalib gəlib və lider kimi mərhələ adlayıb.

İdman.biz