“Neftçi” basketbol komandası Yunanıstanda “Mikonos” ilə üz-üzə

6 Oktyabr 2026 09:49
98
“Neftçi” basketbol komandası Yunanıstanda “Mikonos” ilə üz-üzə

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi H qrupundakı ilk matçında Yunanıstanda “Mikonos”un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) da mübarizə aparır.

İdman.Biz