Azərbaycan çempionatında fasilə başa çatır

Xəbərlər
11 Mart 2024 10:32
163
Azərbaycan çempionatında fasilə başa çatır

Azərbaycan Basketbol Liqasında 1 aylıq fasilə başa çatır.

İdman.biz xəbər verir ki, martın 13-də XV turun oyunlarına start veriləcək.

Turun açılış görüşündə “Neftçi” “Gəncə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, milli komandanın DÇ-2027-də oyunları və Azərbaycan kubokunun matçlarının səbəbi ilə liqada fasilə yaranmışdı.

XV tur
13 mart
“Neftçi” – “Gəncə”

Sərhədçi İdman Mərkəzi

15 mart
“Xırdalan” – “Xəzri”

Sərhədçi İdman Mərkəzi

NTD-İNDİQO – “Sərhədçi”
Xaçmaz Olimpiya İdman Kompleksi

16 mart
“Cəlilabad” – “Sabah”

Cəlilabad Olimpiya İdman Kompleksi

17 mart
“Şəki” – “Sumqayıt”

Şəki Olimpiya İdman Kompleksi

İdman.biz