"Neftçi" və "Xəzri"dən maksimum nəticə - FOTO

Xəbərlər
8 Mart 2024 21:43
185
"Neftçi" və "Xəzri"dən maksimum nəticə - FOTO

Bu gün basketbol üzrə Azərbaycan kubokunda IV tura start verilib.

İdman.biz xəbər verir ki, turun ilk günü çərçivəsində A qrupunda 2 matç baş tutub.

Günə "Neftçi" "Cəlilabad" görüşü ilə start verilib. Oyun "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb. Fasilədən sonra daha yaxşı çıxış edən paytaxt basketbolçuları 3-cü qələbəni bayram ediblər.

"Xəzri" "Xırdalan"la qarşılaşmada geridönüş edə bilib. Son periodda 14 xal fərqi ilə üstün oynayan komanda əzimkar qələbə qazanıb.

Qeyd edək ki, oyunlar "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Azərbaycan kuboku
8 mart

A qrupu, IV tur
16:30. "Neftçi" – "Cəlilabad" - 82:71 (17:16, 21:24, 24:17, 20:14)
19:30. "Xırdalan" – "Xəzri" - 64:75 (14:19, 29:16, 13:18, 8:22)

Xəzri

3

3

0

266-214 (+52)

6

Neftçi

3

3

0

249-215 (+34)

6

Cəlilabad

4

1

3

314-352 (-38)

5

Xırdalan

3

1

2

240-239 (+1)

4

Sumqayıt

3

0

3

233-282 (-49)

3

İdman.biz