Yığmamız Kosovonu məğlub edib - VİDEO

Xəbərlər
25 Fevral 2024 15:54
358
Yığmamız Kosovonu məğlub edib - VİDEO

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Avropa zonası üzrə 1-ci seçmə mərhələdə Kosovonu qəbul edib.

Tahir Baxşıyevin komandası doğma meydanda ilk oyunda qələbə qazanıb. Matçın gedişində hər iki tərəf önə keçsə də, sona yaxın millimiz daha dəqiq oynayıb. Basketbolçularımız 10 xal fərqi ilə qalib gəliblər.

Qeyd edək ki, milli ilk turda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.

DÇ-2027, Avropa zonası üzrə 1-ci seçmə mərhələ
A qrupu, II tur
25 fevral
14:00. Azərbaycan – Kosovo - 87:77 (19:19, 24:25, 16:16, 28:17)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

Azərbaycan

2

1

1

140-149 (-9)

3

Kosovo

2

1

1

160-163 (-3)

3

İsveçrə

1

1

0

72-53 (+19)

2

İrlandiya

1

0

1

76-83 (-7)

1

İdman.biz