Tur Bakıda başlayıb, Xaçmazda başa çatacaq

Xəbərlər
29 Yanvar 2024 16:11
211
Tur Bakıda başlayıb, Xaçmazda başa çatacaq

Azərbaycan Basketbol Liqasında XIII turun oyun cədvəli bəlli olub.

İdman.biz xəbər verir ki, qarşılaşmalar Bakıda başlayıb, bölgələrdə başa çatacaq.

Turun ilk üç görüşü “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq. Həftəsonu qarşılaşmaları isə Cəlilabad və Xaçmazda keçiriləcək.

XIII tur
31 yanvar

19:30. “Xırdalan” - “Gəncə”
2 fevral
16:00. “Sərhədçi” - “Sabah”
19:30. “Neftçi” - “Sumqayıt”
3 fevral
14:00. “Cəlilabad” - “Şəki”
4 fevral
14:00. NTD-İNDİQO - “Xəzri”

İdman.biz