Azərbaycanın 3x3 basketbol üzrə U-15 oğlan və qız yığmaları Belarusun paytaxtı Minskə yola düşüb.
İdman.Biz xəbər verir ki, komandalar 5-6 sentyabr tarixlərində keçiriləcək yarışlarda iştirak edəcəklər.
Oğlanlardan ibarət yığmamız Belarusun 3x3 basketbol üzrə “Palova” Milli Liqasının final mərhələsində, qızlardan ibarət komandamız isə “Ən Güclü İdmançılar Kuboku” beynəlxalq turnirində mübarizə aparacaq.
