"Sabah" basketbol komandas "London Lions"a məğlub olub

3 Sentyabr 2026 21:51
109
"Sabah" basketbol komandas  "London Lions"a məğlub olub

Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası növbəti yoxlama oyununda Böyük Britaniya təmsilçisi "London Lions"la qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Kaunas şəhərində baş tutan matç rəqib kollektivin 86:82 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" ilk yoxlama oyununda Litvanın "Juventus Utena" komandasına uduzub - 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin "Şyaulyay" kollektivinə qalib gəlib - 92:80.

Qeyd edək ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.

İdman.Biz