NBA-da şok: “Miluoki” baş məşqçini qovub

Xəbərlər
24 Yanvar 2024 00:39
159
NBA-da şok: “Miluoki” baş məşqçini qovub

NBA-da gözlənilməz məşqçi istefası reallaşıb.

İdman.biz xəbər verir ki, “Miluoki Baks” Edrian Qriffini baş məşqçi vəzifəsindən azad edib.

Komanda müntəzəm çempionatda 43 oyundan sonra şərq konfransında 2-ci pillədə qərarlaşıb. Qriffinin rəhbərliyi ilə ilə “Miluoki” 30 qələbə qazanıb və cəmi 13 görüşdə məğlub olub. Baş məşqçinin istefaya göndərilmə səbəbi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Edrian komandaya ötən ilin iyun ayından başçılıq edirdi. Əvvəllər müxtəlif klublarda köməkçi vəzifəsini tutan Qriffin ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərirdi.

İdman.biz

Məqalədə: