“Sabah” Gənclər Liqasını yeddinci pillədə başa vurub - YENİLƏNİB

12 Aprel 2026 15:39
531
“Sabah” Gənclər Liqasını yeddinci pillədə başa vurub - YENİLƏNİB

“Sabah” basketbol klubunun U-18 komandası Gənclər Liqasındakı çıxışını yekunlaşdırıb.

İdman.Biz xəbər verir ki, turnirdə 7-8-ci yerlər uğrunda keçirilən matçda klubumuz Türkiyənin “Tofaş” kollektivinə inamla qalib gəlib. Qarşılaşma 86:60 (24:18, 24:12, 21:16, 17:14) hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb.

Xatırladaq ki, “Sabah” daha əvvəl 5-8-ci yerlər uğrunda oyunda Bosniya və Herseqovinanın “Borats” klubuna uduzmuşdu (60:67). Qrup mərhələsində isə komandamız “İqokea”ya məğlub olsa da (58:88), Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini üstələməyi bacarmışdı (72:61).

Qeyd edək ki, turnirin oyunları Bosniya və Herseqovinanın Laktaşi şəhərində təşkil olunub.

11:47

“Sabah” basketbol klubunun U-18 komandası bu gün Çempionlar Liqasında sonuncu oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da start götürəcək qarşılaşmada Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda mübarizə aparacaq. Gənc basketbolçularımızın rəqibi Türkiyənin “Tofaş” kollektivi olacaq.

Qeyd edək ki, “Sabah”ın U-18 komandası daha əvvəl 5-8-ci yerlər uğrunda keçirilən matçda Serbiyanın “Borats” klubuna 60:67 hesabı ilə uduzub. Qrup mərhələsində isə təmsilçimiz Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivinə qalib gəlsə də (72:61), ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya (58:88) məğlub olmuşdu.

İdman.Biz