“Sabah” basketbol komandası Qazaxıstanın “Astana” klubu ilə keçirdiyi ikinci yoxlama oyununda qalib gəlib.
İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında baş tutan qarşılaşma ev sahiblərinin 94:83 hesablı üstünlüyü ilə başa çatıb.
Xatırladaq ki, tərəflər arasında aprelin 4-də keçirilən ilk oyunda “Astana” 110:102 hesabı ilə qalib gəlmişdi.
