Azərbaycan Basketbol Liqası: “Gəncə” və NTD qələbə qazandı - YENİLƏNİB + FOTO

4 Aprel 2026 17:47
1 252
Azərbaycan Basketbol Liqası: “Gəncə” və NTD qələbə qazandı - YENİLƏNİB + FOTO

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ilk oyunları çərçivəsində növbəti görüş baş tutub.

İdman.Biz xəbər verir ki, NTD “Sumqayıt”ı məğlub edib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma paytaxt təmsilçisinin 121:107 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, daha əvvəl baş tutan matçlarda “Naxçıvan” “Sərhədçi”ni (98:87), “Şəki” “Quba”nı (101:89), “Gəncə” “Lənkəran”ı ( 91:55) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.

15:59

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir matçı keçirilib.

İdman.Biz xəbər verir ki, “Gəncə” “Lənkəran”la qarşılaşıb.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada ev sahibləri qələbə qazanıblar - 91:55.

Günün son matçında isə NTD “Sumqayıt”la qarşılaşacaq. Bu görüş Bakı İdman Sarayında saat 16:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda “Naxçıvan” “Sərhədçi”ni (98:87), “Şəki” “Quba”nı (101:89) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.

10:00

Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha iki oyunu baş tutacaq.

İdman.Biz xəbər verir ki, oyun gününə “Gəncə” ilə “Lənkəran” arasında keçiriləcək qarşılaşma ilə start veriləcək.

Görüş Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.

İdman.Biz