“Abşeron Lions”ın zədəli basketbolçusundan xəbər var

1 Aprel 2026 15:52
134
“Abşeron Lions”ın zədəli basketbolçusundan xəbər var

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün 20-ci turunda - “Sabah”la oyunda zədələnən “Abşeron Lions”un amerikalı basketbolçusu Ceylon Şounun durumu bəlli olub.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, qarşılaşmanın dördüncü periodunda xərəkdə meydanı tərk edən oyunçu dərhal xəstəxanaya aparılaraq müayinədən keçirilib.

Aparılan tibbi yoxlamalar nəticəsində basketbolçunun dizində sümük zədəsi, meniskində yerdəyişmə və ön çarpaz bağında qismən qopma aşkarlanıb.

Oyunçunun müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.

Xatırladaq ki, dünən Bakı İdman Sarayında keçirilən qarşılaşma “Sabah”ın 105:72 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz