Azərbaycan Basketbol Liqası: “Sərhədçi” “Sumqayıt”ı məğlub edib - YENİLƏNİR + FOTO

31 Yanvar 2026 16:03
187
Azərbaycan Basketbol Liqası: “Sərhədçi” “Sumqayıt”ı məğlub edib - YENİLƏNİR + FOTO

Azərbaycan Basketbol Liqasının 15-ci turunda daha bir oyun keçirilib.

İdman.Biz xəbər verir ki, B qrupunun qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Sərhədçi”ni qəbul edib.

Görüş “Sərhədçi” klubunun 98:94 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son oyununda isə A qrupunda “Abşeron Lions” “Sabah”la üz-üzə gələcək. Qarşılaşma Bakı İdman Sarayında saat 18:00-da başlayacaq.

10:20

Bu gün Azərbaycan Basketbol Liqasının 15-ci turunda daha iki matç baş tutacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda “Sumqayıt” doğma meydanda “Sərhədçi”ni qəbul edəcək. Görüşün start fiti saat 14:00-da səslənəcək.

Günün ikinci matçında isə A qrupunda “Abşeron Lions” “Sabah”la üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 18:00-da başlayacaq.

Turnir cədvəlinin B qrupunda “Sumqayıt” 19 xalla dördüncü pillədə yer alıb. “Sərhədçi” isə 18 xalla sonuncu - altıncı sıradadır. A qrupunda isə “Sabah” 27 xalla birinci, “Abşeron Lions” isə 27 xalla ikincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Lənkəran” - “Ordu”nu (103:63), “Naxçıvan” isə “Quba”nı (82:70) məğlub edib.

Azərbaycan Basketbol Liqasında 15-ci tura fevralın 1-də yekun vurulacaq.

İdman.Biz