Azərbaycan Basketbol Liqası: “Sabah” “Neftçi”ni böyük hesabla məğlub edib - YENİLƏNİB + FOTO

28 Yanvar 2026 22:06
492
Azərbaycan Basketbol Liqası:  “Sabah” “Neftçi”ni böyük hesabla məğlub edib

Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış oyunlardan biri keçirilib.

İdman.Biz xəbər verir ki, A qrupunda “Sabah” “Neftçi” ilə qarşılaşıb.

Oyun “Sabah”ın qələbəsi ilə yekunlaşıb - 125:89. Bu qələbə ilə “Sabah” yenidən liderliyə yüksəlib.

09:45

Bu gün Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış oyunlardan biri keçiriləcək.

İdman.Biz xəbər verir ki, A qrupunda “Sabah” “Neftçi” ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında saat 20:00-da start götürəcək.

Turnir cədvəlində “Sabah” 25 xalla ikinci, “Neftçi” isə 19 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 11-ci turdan təxirə salınmış NTD - “Gəncə” qarşılaşması yanvarın 29-da baş tutacaq.

İdman.Biz
Məqalədə: