Türkiyə prezidenti Ərdoğan Şakil O'Nillə görüşüb - FOTO

20 Yanvar 2026 21:07
153
Türkiyə prezidenti Ərdoğan Şakil O'Nillə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dördqat Milli Basketbol Assosiasiyası (NBA) çempionu, əfsanəvi basketbolçu Şakil O'Nil ilə görüşüb.

İdman.Biz bu barədə Türkiyə liderinin mətbuat xidmətinə istinadən bildirir.

Görüş İstanbulda yerləşən Basketbol İnkişaf Mərkəzində baş tutub. Prezident Ərdoğan və Şakil O’Nil burada basketbol oynayıb, daha sonra isə basketbol toplarını imzalayıblar.

Luiziana Dövlət Universitetində üç il təhsil aldıqdan sonra O'Nil 1992-ci il NBA draftında “Orlando Magic” tərəfindən ümumi hesabda birinci seçilib. Komanda dərhal O'Nilə yeddi illik, 40 milyon dollarlıq müqavilə təklif edib ki, bu da o dövrdə Şimali Amerika NBA-sında yeni başlayan oyunçu üçün rekord göstəricidir.

İdman.Biz