Bu gün Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha iki qarşılaşma baş tutacaq

Xəbərlər
20 Dekabr 2025 10:00
36
Bu gün Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha iki qarşılaşma baş tutacaq

Bu gün Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha iki qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, əvvəlcə Şəki Olimpiya İdman Kompleksində yerli komanda “Gəncə”ni sınağa çəkəcək.

Daha sonra isə Bakı İdman Sarayında “Sabah” “Abşeron Lions”la münasibətlərinə aydınlıq gətirəcək.

A qrupunun oyunları müvafiq olaraq saat 14:00-da və 19:00-da başlayacaq.

“Abşeron Lions” 17 xalla birinci yerdə qərarlaşıb. 16 xala malik “Sabah” ikincidir. “Gəncə” 12 xalla üçüncü, 11 xala malik “Şəki” isə beşinci sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” isə “Lənkəran”ı (84:72) məğlub edib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

İdman.Biz