İngiltərənin “Tottenhem” klubu “Brentford”un hücumçusu İqor Tyaqo ilə maraqlanır.
İdman.Biz “Caught Offside” nəşrinə istinadla xəbər verir ki, London təmsilçisi 24 yaşlı braziliyalı forvardı transfer siyahısına daxil edib.
“Brentford” rəhbərliyi komandanın liderlərindən sayılan futbolçu üçün 70 milyon avro (təxminən 129,5 milyon AZN) tələb edir.
Mənbə bildirir ki, “Tottenhem” qış transfer pəncərəsində bu məbləği ödəməyə hazır deyil və futbolçunun icarəsi variantını nəzərdən keçirir. Lakin “Brentford” icarə modelinə isti yanaşmır və yalnız tam transfer üzərində israr edir.
2025/2026 mövsümündə İqor Tyaqo 16 oyunda 12 qol vuraraq yüksək məhsuldarlıq nümayiş etdirib. Braziliyalı hücumçunun “Brentford”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avro (təxminən 64,8 milyon AZN) təşkil edir.
