“Mançester Siti”nin müdafiəçisi Ruben Diaşın evi qarət edilib

30 Yanvar 2026 22:06
94
“Mançester Siti”nin müdafiəçisi Ruben Diaşın evi qarət edilib

“Mançester Siti”nin portuqaliyalı müdafiəçisi Ruben Diaşın evinə oğrular girib.

İdman.Biz bildirir ki, hadisə ingilis klubunun Çempionlar Liqasının 8-ci turunda “Qalatasaray”la qarşılaşması zamanı olub.

Oyunçu həmin vaxt stadionda, onun sevgilisi britaniyalı televiziya aparıcısı isə Cənubi Afrikada çəkilişdə olub.

Oğrular Olderli Edcdəki malikanəyə girərək zərgərlik məmulatları, elektronika, geyim və digər qiymətli əşyaları oğurlayıblar.

Yerli polis oğurluq faktını təsdiqləyib. Hazırda həbslər və ya şübhəlilərin müəyyən edilməsi barədə heç bir məlumat yoxdur. Polisin araşdırması davam edir.

“Əlbəttə ki, biz klub olaraq onu dəstəkləməyə çalışırıq. Mən onunla şəxsən danışmamışam. Heç kim bunun baş verməsini istəmir. Biz onu dəstəkləyəcəyik və işlərin necə inkişaf edəcəyini görəcəyik”, - deyə klubun rəsmi saytında “Mançester Siti”nin məşqçisi Pepin Leynders bildirib.

Bu mövsüm futbolçu klub üçün bütün yarışlarda 25 oyun keçirib və iki qol vurub.

İdman.Biz