“Qəbələ” “İmişli” ilə oyunda qələbə seriyasını davam etdirmək istəyib.
İdman.Biz xəbər verir ki, bunu “Qəbələ”nin məşqçisi George Çixradze Misli Premyer Liqasının 18-ci turunda “İmişli”yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç barədə danışıb: “Çox maraqlı, dinamik oyun oldu. “Şamaxı” ilə matçdan sonra bu oyuna yaxşı hazırlaşmışdıq. Qələbə seriyasını davam etdirmək istəyirdik. Təhlükəli zonadan çıxmaq üçün bizə xallar lazımdır. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. İki dəfə hesabda önə keçdik. Bu komandanın xarakterini göstərir. Azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizi dəstəklədilər. Futbolçulara da “sağ ol” deyirəm. Onlar bütün epizodlarda tam gücləri ilə oynadılar”.
“Qəbələ” – “İmişli” qarşılaşması “qrımızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə bitib.
