Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsinin ilk matçında uduzub - YENİLƏNİB

Xəbərlər
28 Noyabr 2025 00:45
190
Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsinin ilk matçında uduzub - YENİLƏNİB

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

İdman.Biz-in məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib.

Skopyedə keçirilən qarşılaşma rəqibin 87:49 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.

10:08

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə qarşılaşacaq.

Görüş Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.

İdman.Biz