FIBA Çempionlar Liqası: “Sabah” Fransa klubuna məğlub oldu - YENİLƏNİB

Xəbərlər
12 Noyabr 2025 22:40
125
FIBA Çempionlar Liqası: “Sabah” Fransa klubuna məğlub oldu - YENİLƏNİB

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda növbəti matçına çıxıb.

İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən B qrupunun matçında rəqib komanda 89:87 hesablı qələbə qazanıb.

11:44

Bu gün “Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.

B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. “Sabah” həmçinin Çexiyanın “Nimburk” (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına da məğlub olub.

İdman.Biz