NTD klubu ABŞ-dən olan basketbolçu Harrison Batlerlə heyətini gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Batler son olaraq Meksika liqasında çıxış edən "Freseros İrapuato" klubunun şərəfini qoruyub.
