Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Xəbərlər
26 Oktyabr 2025 16:47
36
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasının IV turuna yekun vurulub.

İdman.Biz xəbər verir ki, turun son oyununda "Şəki" evdə NTD ilə üz-üzə gəlib.

Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupunun matçında meydan sahibləri qələbə qazanıb - 88:81.

Qeyd edək ki, əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.

İdman.Biz