Basketbol Liqası: “Ordu” “Sumqayıt”ı məğlub edərək liderliyini möhkəmləndirdi - YENİLƏNİB

Xəbərlər
24 Oktyabr 2025 22:42
163
Basketbol Liqası: “Ordu” “Sumqayıt”ı məğlub edərək liderliyini möhkəmləndirdi - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında IV turunun B qrupunda günün son oyunu olub.

İdman.Biz bildirir ki, “Sumqayıt”la üz-üzə gələn “Ordu” 116:81 hesabı ilə qalib gəlib.

Bu “hərbçilər”in dördüncü qələbəsidir və onlar B qrupunun lideridirlər.

17:31

Azərbaycan Basketbol Liqasında IV turunun B qrupunda daha bir oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, günün ilk oyununda ”Quba” “Lənkəran”ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 102:87.

Günün ikinci görüşündə “Ordu” “Sumqayıt”la üz-üzə gələcək.

10:04

Azərbaycan Basketbol Liqasının IV turunun B qrupunda daha iki oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk oyununda “Quba” öz meydanında “Lənkəran”ı qəbul edəcək. Matç saat 15:00-da start götürəcək.

“Sumqayıt” isə “Ordu”nun qonağı olacaq. Bu görüş saat 19:00-da başlayacaq.

Turnir cədvəlinə əsasən, “Ordu” altı xalla B qrupunun lideridir. “Quba” beş xalla üçüncü pillədə, “Lənkəran” dörd xalla dördüncü yerdə, “Sumqayıt” isə üç xalla altıncı sıradadır.

Qeyd edək ki, ötən gün IV turun A qrupunun oyununda “Sabah” “Gəncə” üzərində 87:68 hesablı qələbə qazanıb.

İdman.Biz