Naməlum şəxslər dördqat ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Şakil O'Nilın “Range Rover” markalı avtomobili Atlantadan Luizianaya nəql edilərkən yolda oğurlanıb.
Bu barədə İdman.Biz “Page Six”ə istinadən məlumat verir.
Məlumata görə, avtomobilin təxmini dəyəri 180 min dollardır.
Oğruların nəqletmə xidməti göstərən şirkətin saytını qıraraq avtomobilin nəqli barədə məlumatlara daxil olduqları ehtimal edilir. Onlar bu məlumatlardan istifadə edərək onlar nəqliyyat vasitəsini oğurlaya biliblər.
