“Naxçıvan” “Sərhədçi”ni məğlub etdi - YENİLƏNİB

Xəbərlər
25 Oktyabr 2025 16:12
68
“Naxçıvan” “Sərhədçi”ni məğlub etdi - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında IV turun B qrupunda növbəti oyun keçirilib.

İdman.Biz xəbər verir ki, günün ilk matçında “Sərhədçi” “Naxçıvan”la üz-üzə gəlib.

B qrupunun qarşılaşması Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 76:69.

Günün ikinci oyununda IV turun A qrupunda “Neftçi” və “Abşeron Lions” qarşılaşacaq. A qrupunun matçı saat 18:00-da başlayacaq.

11:13

Azərbaycan Basketbol Liqasında IV turun daha iki oyunu bu gün keçiriləcək.

İdman.Biz xəbər verir ki, ilk olaraq B qrupunda “Sərhədçi” “Naxçıvan”la üz-üzə gələcək.

Qarşılaşma saat 14:00-da start götürəcək. “Sərhədçi” dörd xalla beşinci, Naxçıvan klubu beş xalla dördüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə A qrupunda “Neftçi” “Abşeron Lions”la münasibətlərə aydınlıq gətirəcək. A qrupunun matçı saat 18:00-da başlayacaq. “Abşeron Lions” bu qrupda altı xalla ikinci, rəqiblərindən bir oyun az keçirən “ağ-qaralar” üç xalla dördüncüdür.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda “Sabah” “Gəncə”ni, “Lənkəran” “Quba”nı (102:87), “Ordu” “Sumqayıt”ı (116:81) məğlub edib.

İdman.Biz