Polşanın “Anvil” klubu ilə Yunanıstanın PAOK komandası arasında keçirilən FİBA Avropa Kuboku basketbol matçında qəribə hadisə baş verinb.
İdman.Biz bildirir ki, hesab 84:80-da “Anvil”in xeyrinə ikən, dördüncü hissənin bitməsinə 2:14 dəqiqə qalmış Yunanıstan komandasının altı oyunçusu meydançaya daxil olub. Qaydalara görə, meydançada 5 oyunçudan artıq ola bilməz.
Hakimlər səhvi yalnız bir neçə saniyə sonra, “Anvil” oyunçuları oyunun dayandırılmasını və qaydaları pozduğuna görə Yunanıstan komandasına texniki cəza verilməsini tələb etməsinin ardınca görüblər. Amma nəticədə texniki cəza Polşa klubuna hadisəyə həddindən artıq reaksiya verdiyinə görə verilib.

Matç sonda PAOK-un 94-93 hesablı qələbəsi ilə başa çatıb. Komandaların da yarışdığı F qrupuna “Trepça” (Kosovo) və “Löwen Braunşveyq” (Almaniya) də daxildir.
