ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar baş tutub.
İdman.biz xəbər verir ki, günün ilk qarşılaşmasında “İndiana Peysers” evdə “Oklahoma-Siti Tander”ə 135:141 hesabı ilə uduzub. Qonaqların heyətində kanadalı müdafiəçi Şay Gilqeus-Aleksandr 55 xalla komandasının ən məhsuldar oyunçusu olub. Bennedikt Maturin isə 36 xal və 11 ribaundla yadda qalıb. Bu nəticə ilə “Oklahoma-Siti Tander” yeni mövsümdə ardıcıl ikinci qələbəsini qazanıb.
Digər qarşılaşmada “Qolden Steyt” evdə “Denver Naqqets”i 137:131 hesabı ilə məğlub edib. Meydan sahiblərində Stiven Körri 42 xalla fərqlənib, Denverin ən məhsuldar oyunçusu isə 55 xalla Aaron Qordon olub.
