Alperen Şengün 39 xalla rekord qırdı, komandası uduzdu

Xəbərlər
22 Oktyabr 2025 11:10
43
Alperen Şengün 39 xalla rekord qırdı, komandası uduzdu

NBA-da yeni mövsümə start verilib.

İdman.Biz xəbər verir ki, açılış matçında Türkiyə millisinin üzvü Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” evdə “Oklahoma Siti Tander”lə qarşılaşıb.

23 yaşlı basketbolçu bu görüşdə 39 xal, 11 ribaund, 7 asist və 1 blokla yadda qalıb. Lakin onun bu möhtəşəm çıxışı komandasına qələbə qazandırmağa kifayət etməyib.

Qonaqlar rəqibini 125:124 hesabı ilə məğlub etməyi bacarıb.

Qeyd edək ki, Alperen Şengün bu nəticə ilə NBA karyerasında şəxsi rekordunu yeniləyib.

İdman.Biz