“Sabah” Basketbol Liqasında “Şəki”ni məğlub edib - YENİLƏNİB

Xəbərlər
18 Oktyabr 2025 16:37
81
“Sabah” Basketbol Liqasında “Şəki”ni məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının III turunun A qrupunda “Sabah” “Şəki”i məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Sabah” təmsilçisinin 85:66 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün III turun B qrupunda “Sumqayıt” “Quba” ilə üz-üzə gələcək.

11:07

Azərbaycan Basketbol Liqasında bu gün III turun oyunları davam edir

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında “Sabah” komandası “Şəki” ilə üz-üzə gələcək. Görüş saat 14:30-da start götürəcək.

Turnir cədvəlində dörd xalla A qrupunun lideri olan “Sabah”, bu turda ardıcıl qələbəsini rəsmiləşdirməyə çalışacaq. İki xalla beşinci yerdə qərarlaşan “Şəki” isə sürpriz nəticə əldə etməyi hədəfləyir.

Günün ikinci oyunu saat 16:30-da başlayacaq. Bu dəfə “Sumqayıt” və “Quba” komandaları üz-üzə gələcəklər. B qrupunda üç xalla dördüncü sırada olan “Quba” mövqeyini gücləndirmək, iki xalla son pillədə yer alan “Sumqayıt” isə ilk qələbəsini qazanmaq istəyir.

Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, III turun əvvəlki oyunlarında “Naxçıvan” “Lənkəran”ı 91:82, “Ordu” isə “Sərhədçi”ni 85:73 hesabı ilə məğlub edib.

İdman.Biz