Əfsanəvi ingilis futbolçu və “İnter Mayami”nin prezidenti Devid Bekhem və məşhur çinli aktyor Ceki Çan, Çinin Makao şəhərində “Feniks Sans” və “Bruklin Nets” arasında Milli Basketbol Assosiasiyasının (NBA) mövsümöncəsi oyununda iştirak ediblər.
İdman.Biz bildirir ki, qarşılaşma 132:127 hesabı ilə “Finiks”İn xeyrinə qurtarıb.
Oyundan əvvəl “Feniks Sans”ın 28 yaşlı lideri Devin Buker ulduzlara yaxınlaşaraq Devidlə Ceki salamlayıb və onlarla şəkil çəkdirib. Buker bu oyunda 27 dəqiqə oynayıb, 18 xal, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha sonra NBA əfsanəsi Vins Karter də ulduzlara yaxınlaşaraq onlarla şəkil çəkdirib.
Bekhemlə Çana həmçinin üzərində soyadları olan nömrəli NBA maykaları da verilib.