Allen Ayverson NBA tarixinin ən yaxşı 5 oyunçusunun adını açıqlayıb

Xəbərlər
8 Oktyabr 2025 22:05
33
Allen Ayverson NBA tarixinin ən yaxşı 5 oyunçusunun adını açıqlayıb

Beynəlxalq Basketbol Federasiyasının (FİBA) şərəf zalının üzvü, Milli Basketbol Assosiasiyasının (NBA) bütün matçlarının 11 qat iştirakçısı Allen Ayverson tarixin ən yaxşı 5 basketbolçusunun adını çəkib.

İdman.biz xəbər verir ki, Ayversona görə NBA tarixinin ən yaxşı 5 oyunçusu bunlardır:

1. Maykl Cordan.
2. Lebron Ceyms.
3. Kobi Brayant.
4. Stiven Karri.
5. Şakil O'Nil.

Karrini xatırlayarkən Allen, onun oyununu böyük heyranlıqla xarakterizə edib: “Həyatımda heç vaxt belə bir şey görməmişəm”.

Allenin 50 yaşı var. Ayverson peşəkar basketbolda debütünü 1996-cı ildə edib. Amerikalı atlet 2010-cu ilə qədər NBA-da çıxış edib. Allen “Filadelfiya siksers”, “Denver Naggets”, “Detroyt Pistons”, “Memfis Qrizzliz” və “Beşiktaş”da çıxış edib.

İdman.biz