“Sərhədçi”nin baş məşqçisi yerli oyunçulardan narazılıq etdi

Xəbərlər
3 Oktyabr 2025 11:47
42
“Sərhədçi”nin baş məşqçisi yerli oyunçulardan narazılıq etdi

“Sərhədçi” komandasının baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının I turunda "Quba"ya (76:98) uduzmalarının səbəblərini açıqlayıb.

İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, bəzi problemlərlə üzləşdiklərini söyləyib: “Belə oyun olacağını gözləyirdim. Çünki biz bu 20 gündə nə hazırlıq matçı keçirdik, nə də başqa nəsə edə bildik. Bəzi oyunçularımız da gec gəldi. Müəyyən çətinliklər oldu və komanda üzvlərinin bir-birini başa düşməməsi normal hal idi”.

Anar Sarıyev bildirib ki, yerli oyunçuların səbət altında topları istifadə edə bilməməsi, ribaundları ala bilməməsi xoşuma gəlməyib:

“Məncə, bu problemlərin hamısını düzəldib, növbəti oyunlada yaxşı nəticə göstərəcəyik”.

İdman.biz