“Abşeron Lions” Avropa Kubokunun qrup mərhələsində

Xəbərlər
1 Oktyabr 2025 23:52
40
“Abşeron Lions” Avropa Kubokunun qrup mərhələsində

“Abşeron Lions” basketbol komandası Avropa Kubokunun I təsnifat mərhələsinin cavab oyununu keçirib.

İdman.biz bildirir ki, basketbolçularımızın rəqibi Kiprin “Anortosis” klubu olub.

Oyun 77:60 hesabı ilə kiprlilərin xeyrinə başa çatıb.

Komandalar arasındakı sentyabrın 24-də keçirilmiş ilk görüş 86:73 hesabə ilə “Abşeron Lions”un xeyrinə başa çatmışdı. İki görüşün nəticəsinə görə, Azərbaycan klubu məğlub olsa (149:150) da, Avropa Kubokunun qrup mərhələsinə düşə bilib.

İdman.biz