“Naxçıvan” ABŞ-dən olan iki basketbolçu ilə müqavilə bağlayıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kris Klark yeni mövsümdə komandanın formasını geyinəcək. 40 yaşlı oyunçu karyerası ərzində ABŞ, Böyük Britaniya, Lüksemburq, Avstraliya, Səudiyyə Ərəbistanı və Boliviya klublarında çıxış edib. 190 sm boya malik Klark son olaraq 2023/2024 mövsümündə “Şəki”nin formasını geyinib.
Digər amerikalı Lavon Hollandla da 1 illik müqavilə bağlanıb. 31 yaşlı basketbolçu daha əvvəl ABŞ, Türkiyə, Niderland və Lüksemburq klublarının formasını geyinib. 190 sm boya malik oyunçu ötən mövsüm “Gəncə” klubunun uğurları üçün çalışıb.