III MDB Oyunları çərçivəsində badminton yarışlarının qarışıq komandalar arasında mübarizənin qalibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, finalda Özbəkistan Rusiya ilə qarşılaşıb.
Qəbələ Olimpiya Kompleksində baş tutan görüşdə Rusiya komandası qalib gəlib - 3:0.
Qeyd edək ki, badminton yarışlarına oktyabrın 4-də yekun vurulacaq.