I Liqa klubu heyətini serbiyalı futbolçu ilə gücləndirib

Xəbərlər
23 Sentyabr 2025 20:04
45
I Liqa klubu heyətini serbiyalı futbolçu ilə gücləndirib

Azərbaycanın I Liqa klubu "Baku Sportinq" heyətini serbiyalı futbolçu Luka Stevanoviçlə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Ötən mövsüm də Bakı klubunun formasını geyinmiş serbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı oyunçunun son klubu Belarus komandası "Molodeçno" olub.

İdman.biz