Əvəzedicilər Liqası: "Zirə-2"dən darmadağın

Xəbərlər
15 Sentyabr 2025 23:06
40
Əvəzedicilər Liqası: "Zirə-2"dən darmadağın

Əvəzedicilər Liqasında 4-cü turun oyunları keçirilir.

İdman.biz xəbər verir ki, doğma meydanda “Şamaxı-2”ni qəbul edən "Zirə-2" 3:0 hesabı ilə qələbə qazanıb. “Neftçi-2” isə “Sabah-2” ilə oyunda 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, sentyabrın 14-də keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.

Əvəzedicilər Liqası
4-cü tur
15 sentyabr

“Zirə-2” – “Şamaxı-2” 3:0
Qollar: Ramiz Muradov, 55-pen. Fərid Şahhüseyni, 58. İmran Süleymanzadə, 78.

“Neftçi-2” – “Sabah-2” 0:1
Qol: İlkin Cəfərli, 90+3.

Xatırladaq ki, turun digər oyunlarında "Kəpəz-2" - "Araz-Naxçıvan-2" oyunu 1:1 başa çatıb, "Qəbələ-2" isə "Sumqayıt-2"yə 1:0 qalib gəlib.

İdman.biz