"Neftçi" "Sabah"la bu futbolçusuz oynayacaq

Xəbərlər
13 Sentyabr 2025 18:44
39
"Neftçi" "Sabah"la bu futbolçusuz oynayacaq

"Neftçi" Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağı “Sabah” klubu ilə matçın hazırlığı yekunlaşdırıb.

İdman.biz bildirir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Klubun oyunçusu İqor Ribeyro cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Qeyd edək ki, sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19:00-da başlanacaq.

İdman.biz