Məsimovdan “Qarabağ”la matçla bağlı iddialı açıqlama: “Gücümüzü göstərəcəyik”

26 Yanvar 2024 13:59
673
Məsimovdan “Qarabağ”la matçla bağlı iddialı açıqlama: “Gücümüzü göstərəcəyik”

“Ağır oyun olacağını bilirdik. Çünki qərb derbisi hər zaman həm azarkeş, həm də atmosfer baxımından ağır keçir. Qələbə qazandığımız üçün çox sevincliyəm”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Vüsal Məsimov Azərbaycan çempionatının XIX turunda “Turan Tovuz” üzərində 2:1 hesablı qələbədən danışarkən deyib.

23 yaşlı müdafiəçi növbəti matçda qarşılaşacaqları “Qarabağ”la oyunu da dəyərləndirib. O klubunun saytına bildirib ki, maksimum nəticə üçün əllərindən gələni edəcəklər: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq. Xal qazanmağa çalışacağıq. Rəqibin gücü hər kəsə bəllidir. Çempionatın lideridirlər. Buna baxmayaraq, öz gücümüzü göstərməyə çalışacağıq. Xal üçün meydana çıxacağıq. Evdə azarkeşlərimizin qarşısında oynamırıq. Amma heç vaxt fanatlarımız bizi tək qoymur. Ev matçlarımızda da maksimum xal yığmağa çalışacağıq”.

Qeyd edək ki, “Kəpəz” - “Qarabağ oyunu yanvarın 27-də saat 15-də start götürəcək. Qarşılaşma Qəbələdə baş tutacaq.

İdman.biz