“Kəpəz” futbol klubu üçün qarşıdakı tur xüsusi əhəmiyyət daşıyacaq. Komanda mövsümdə ilk ev oyununu doğma şəhərində keçirəcək.
İdman.Biz xəbər verir ki, Gəncə klubu avqustun 30-da “Turan Tovuz”u qəbul edəcək.
Qərb derbisi Gəncə şəhər stadionunda baş tutacaq və saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Kəpəz” ötən mövsüm Gəncə şəhər stadionunda aparılan yenidənqurma işləri səbəbindən ev oyunlarını əsasən Tovuz şəhər stadionunda keçirib.
