Kurban Berdıyev: “O qolu hamı gördü, hakimdən başqa” - VİDEO

23 Avqust 2026 22:23
839
Kurban Berdıyev: “O qolu hamı gördü, hakimdən başqa” - VİDEO

“Turan Tovuz” futbol klubunun baş məşqçisi Kurban Berdıyev “Şamaxı” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis komandasının xüsusilə ilk hissədə zəif təsir bağışladığını bildirib.

“Birinci hissədə çox pis oynadıq. Bunun səbəblərini araşdıracağıq. İkinci hissənin də yaxşı alındığını deyə bilmərəm, amma birinci hissəyə baxanda daha yaxşı oldu”, - Berdıyev deyib.

Baş məşqçi qarşılaşmadakı mübahisəli epizoda da toxunub:

“Hakimdən başqa hər kəs topun qapı xəttini keçdiyini və qol olduğunu gördü”.

Klubun mətbuat xidməti də baş verənlərlə bağlı "Facebook" hesabında post paylaşaraq, "stadionda olan 4800 azarkeşin, ekranlar qarşısında minlərlə tamaşaçının gördüyünü baş hakim görmədi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun epizodla bağlı şərhini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!", - deyə qeyd edib.

İdman.Biz