Azərbaycan Premyer Liqasında ilk turun "Araz-Naxçıvan" - "İmişli" matçı başa çatıb.
İdman.Biz bildirir ki, oyunda hesab açılmayıb. Beləliklə 2026/2027 mövsümünün ilk heç-heçəsi qeydə alınıb.
19:36
"Araz-Naxçıvan" - "İmişli"ni matçında ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, ilk hissədə hesab açılmayıb.
19:19
"Araz-Naxçıvan" - "İmişli"ni matçında ilk yarı bitib.
İdman.Biz bildirir ki, oyunda hələlik hesab açılmayıb.
18:31
Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Araz-Naxçıvan" "İmişli"ni qəbul edir.
İdman.Biz bildirir ki, matç Qəbələ şəhər stadionunda keçirilir.
18:00
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 1-ci turu çərçivəsində Qəbələ şəhər stadionunda "İmişli"ni qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 18:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Araz-Naxçıvan”: 1. Artur Auqusto 7. Rövlan Muradov 29. Ceyhun Nuriyev 8. Mustafa Əhmədzadə 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 12. Bruno Franko 5. Luka Dumançiç 23. Alberto Fernandes 19. Abdallah Sudi
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 2. Abdulla Rzayev 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 27. Boyan Letiç 36. Mamadu Kane
Baş məşqçi: Zaur İsmayılov
“İmişli”: 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 29. Edvin Banquera 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 10. Dioqo Kardozu 7. Luis Silvestr
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 60. Ayxan Abbaszadə 17. Seyxan Fərəcov 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 8. Xuan Hernandes 42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov
09:00
Misli Premyer Liqasının 2026/2027 mövsümünün I turu çərçivəsində bu gün “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gələcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda saat 18:30-da başlayacaq.
Görüşü baş hakim Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək.
