“Zirə” futbolçusunu I Liqa klubuna icarəyə verib

“Zirə” futbolçusunu I Liqa klubuna icarəyə verib

“Zirə” futbolçusu Fuad Bayramovu Azərbaycan I Liqasında çıxış edən “ASTA Mingəçevir” klubuna icarəyə verib.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər Mingəçevir klubunda çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

İdman.Biz