“Birinci hissə o qədər də uğurlu olmadı. Toplanışda yoxlama oyunları keçirdik. Bilirik ki, o matçlar o qədər də vacib deyil. Burada isə tələblər çətindir. Çünki hər matçda xal qazanmalıyıq”.
İdman.Biz bildirir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 17-ci turunda “Zirə” ilə oyundan sonra bildirib.
Matç 0:0 hesabı ilə qurtarıb.
“Turnir cədvəlində olduğumuz yerdən xeyli yuxarı qalxmaq istəyirik. Bəlkə də, bunun yaratdığı təzyiq futbolçulara istədiyimiz kimi oyun göstərməyə imkan vermədi. İkinci hissədə bəzi dəyişikliklər etdik. Futbolçularım çox çalışdılar, amma qalib gələ bilmədik. Komandamızın üzvləri nəticədən çox məyus oldular. Qarşıda görəcəyimiz işlər çoxdur. Hələ 16 oyun var və üzərimizdə daha çox işləyə bilərik ki, qələbələr qazanaq. “Neftçi” ilə uğur qazanacağıma inanmasaydım, burada olmazdım”, - Vernidub deyib.
